Siyasət
ABŞ-İran gərginliyi dünyanı yenidən silkələyir: Enerji böhranı yaranacaq?
"ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən intensivləşməsi təbii olaraq Yaxın Şərqdəki təhlükəsizlik böhranının enerji böhranına çevrilməsi riskini artırıb". Bunu Oxu.Az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, Prezident Donald Trampın İranın cavab hücumlarını davam etdirəcəyi təqdirdə daha ağır zərbələr endiriləcəyi barədə xəbərdarlığı, Tehranın isə ABŞ-nin regiondakı hərbi obyektlərinə cavab hücumları həyata keçirməsi vəziyyətin yenidən gərginləşdiyini göstərir: "Baş verənləri iyuldan bəri ABŞ və İran arasında ən ciddi qarşılıqlı hücum mübadiləsi kimi qiymətləndirə bilərik. Buna neft bazarının reaksiyası da təsadüfi deyil. Hazırda əsas risk İranın hasilatının müəyyən hissəsinin dayanmasından daha ciddidir. Əsas məsələ Hörmüz boğazının təhlükəsizliyidir. Məlumdur ki, bu boğazdan dünya enerji ticarətinin çox böyük hissəsi keçir və hərbi qarşıdurmanın dəniz nəqliyyatına yayılması qlobal bazarda faktiki neft çatışmazlığı yaradır. Bu gün "Brent" markalı neftin qiymətinin 95-97 dollar səviyyəsinə qalxması da bunun bariz sübutudur. Burada ciddi bir ziddiyyət yaranır. Bir tərəfdən ABŞ Hörmüz məsələsini aradan qaldırmaq və enerji böhranının qarşısını almaq üçün əməliyyat keçirir, digər tərəfdən hərbi əməliyyatların İranın enerji infrastrukturuna birbaşa yönəlməsi neft təklifini azaldır və qarşılıqlı zərbələr dəniz daşımalarının təhlükəsizliyini daha da pisləşdirir." "İranın mina təhlükəsi yaratması və kommersiya gəmilərinin hərəkətinin məhdudlaşması isə bazarın ən həssas nöqtəsidir. Buna baxmayaraq, hələ ki, neft axını tam dayanmayıb. Demək ki, hazırda bazarda qiymətlər tam blokadadan deyil, blokada ehtimalından formalaşır. Bu səbəbdən qarşıdakı günlərdə neft qiymətlərini müəyyən edəcək əsas amil ABŞ və İran zərbələrinin sayı yox, onların hansı obyektləri hədəfə alması olacaq. Əgər tərəflər əsasən hərbi obyektlərlə məhdudlaşsa və Hörmüzdə gəmiçiliyin davam etməsinə imkan versələr, bahalaşma müvəqqəti ola bilər. Lakin neft terminalları, tankerlər, hasilat obyektləri və xüsusilə Hörmüzdə gəmiçilik sistemli şəkildə hədəfə çevrilərsə, bazarda artıq psixoloji risk deyil, real fiziki təchizat problemi yaranacaq. Bu halda qiymətlərin daha yüksək olacağına şübhə yoxdur. Daha uzunmüddətli pozuntu isə dünya iqtisadiyyatında inflyasiya təzyiqini gücləndirə, nəqliyyat və istehsal xərclərini artıra və qlobal iqtisadi artımı zəiflədə bilər. Bunları nəzərə alaraq deyə bilərik ki, ABŞ-İran müharibəsinin qlobal iqtisadi nəticəsini müəyyən edən əsas cəbhə Hörmüz boğazıdır. Burada baş verəcək hər bir ciddi insident artıq yalnız Vaşinqton və Tehran arasında məsələ olmayacaq, onun nəticəsi Asiyadan Avropaya qədər bütün dünya iqtisadiyyatında hiss ediləcək", - deyə siyasi şərhçi əlavə edib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər