İdman

Messinin gedişindən sonra 10 nömrəli forma hansı futbolçuya veriləcək? - FOTO

02 Sep 2026, 20:36 4 baxış
Messinin gedişindən sonra 10 nömrəli forma hansı futbolçuya veriləcək? - FOTO
Argentina yığmasının baş məşqçisi Lionel Skaloni Lionel Messinin millidə karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı yarımmüdafiəçi Niko Pasa həvalə etməyi planlaşdırır. Oxu.Az bildirir ki, bu barədə "ESPN Argentina"nın jurnalisti və insayderi Federiko Bueno məlumat verib. Onun sözlərinə görə, İtaliyanın "Komo" klubunun 21 yaşlı yarımmüdafiəçisi milli komandanın digər ulduz oyunçularını qabaqlayaraq bu rol üçün əsas namizəd seçilib.
Xatırladaq ki, Lionel Messi 17 il ərzində Argentina millisində 10 nömrəli forma ilə çıxış edib. O bu formanı ilk dəfə 2009-cu ilin martında geyinib. Həmin vaxt komandaya Dieqo Maradona rəhbərlik edirdi.
Messinin gedişindən sonra 10 nömrəli forma hansı futbolçuya veriləcək? - FOTO Messinin gedişindən sonra 10 nömrəli forma hansı futbolçuya veriləcək? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər