Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq

02 Sep 2026, 17:22 10 baxış
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Bakının Binəqədi rayonunda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar Moskva prospektinin kənar yolu, Biləcəri enişi hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq. Məhdudiyyət sentyabrın 4-də saat 20:00-dan etibarən tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər