Cəmiyyət

Metronun "Nizami" stansiyasının qarşısında DƏYİŞİKLİK EDİLDİ

02 Sep 2026, 17:28 11 baxış
Metronun "Nizami" stansiyasının qarşısında DƏYİŞİKLİK EDİLDİ
Metronun "Nizami" stansiyasının qarşısında nəqliyyatın hərəkəti ilə bağlı dəyişiklik edilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, Cəfər Cabbarlı küçəsində avtobus dayanacaq ərazisi uzadılıb. Dəyişiklik nəticəsində metro xətlərinin ayrılması ilə əlaqədar təşkil edilən ekspres avtobusların maneəsiz hərəkəti təmin olunub. Həmçinin sərnişinlərin avtobuslara daha rahat minib-düşməsinə şərait yaradılıb. Qeyd olunub ki, ərazidə mövcud olan taksi duracağının yeri də dəyişdirilir. Hazırda yeni ərazinin müəyyənləşdirilməsi ilə bağlı təhlillər aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər