Cəmiyyət

“Nizami”nin qarşısında avtobus dayanacağı ərazisi uzadıldı

02 Sep 2026, 17:02 38 baxış
“Nizami”nin qarşısında avtobus dayanacağı ərazisi uzadıldı

Bakının Cəfər Cabbarlı küçəsində avtobus dayanacaq ərazisi uzadılıb.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.


Bununla da, metro xətlərinin ayrılması ilə əlaqədar təşkil edilən ekspres avtobusların maneəsiz hərəkəti təmin edilib, sərnişinlər rahat minib-düşməni həyata keçirə bilirlər.


Həmin ərazidə mövcud olan taksi duracağının yeri dəyişdirilir. Ərazinin müəyyən edilməsi ilə bağlı təhlillər aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər