Dünya
Ukraynanın Aİ-yə gedən yolunda Macarıstan əngəli: Müzakirələr dayandırılıb
Macarıstan vahid bazar və sosial siyasətə çıxış məsələlərinin müzakirəsini dayandıraraq, Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının gedişatını növbəti dəfə ləngidib. Oxu.Az xəbər verir ki, bu barədə özəl mənbələrə istinadən "Euractiv" portalı məlumat yayıb. Bildirilib ki, rəsmi Budapeşt Kiyevin ilk növbədə etnik macarların hüquqlarına dair sazişi yerinə yetirməli olduğunu əsas gətirərək, danışıqların ikinci və üçüncü klasterlərinin açılmasına razılıq verməkdən imtina edib. Portal diqqətə çatdırır ki, danışıqların hər bir mərhələsinə başlamaq üçün Aİ-yə üzv olan bütün 27 dövlətin yekdil dəstəyi tələb olunur. Macarıstan tərəfi hələ iyul ayında oxşar iddialarla çıxış etmişdi.
Mənbə
oxu.az