Dünya
Rusiya ordusu Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
Rusiya Silahlı Qüvvələri Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb Oxu.Az xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Rusiya ordusunun "Şimal" qoşun qruplaşmasına tabe olan hərbi qulluqçular Xarkov vilayəti ərazisindəki Kazaçya Lopan yaşayış məntəqəsi üzərində nəzarəti təmin ediblər.
Mənbə
oxu.az