Dünya

İçində azərbaycanlıların da olduğu Girne sahillərində batan gəminin qalıqları tapıldı

02 Sep 2026, 14:16 4 baxış
İçində azərbaycanlıların da olduğu Girne sahillərində batan gəminin qalıqları tapıldı
Şimali Kipr Türk Respublikasından Mersinə gedərkən Girne sahillərində aşaraq batmış "Filo Jet" sərnişin gəmisinin qalıqları tapılıb və 550 metr dərinlikdə görüntülənib. Oxu.Az-ın "Anadolu" agentliyinə istinadən xəbərinə görə, bu barədə Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman öz sosial şəbəkə hesabında məlumat verib. "Gəmi tapıldı. Görüntüləmə və axtarış əməliyyatları 24 saat ərzində davam edir və fasiləsiz olaraq davam edəcək", - deyə o bildirib. Tufan Erhürman, həmçinin "TCG Alemdar" gəmisinin də əraziyə gələrək axtarış əməliyyatlarına başladığını və ötən gündən bəri Girne sahillərində axtarış əməliyyatları aparan "TCG Işın" adlı gəmi ilə eyni texnologiyaya sahib olduğunu qeyd edib. Xatırladaq ki, Şimali Kipr Türk Respublikasındakı Girne limanı ilə Mersindəki Taşucu limanı arasında səfər həyata keçirən "Filo Jet" adlı yüksəksürətli sərnişin gəmisi avqustun 30-da günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra ön hissədən göyərtəyə su dolmağa başlayıb. Gəmi Girne limanına qayıtmağa çalışdığı zaman aşıb. 241 nəfər xilas edilib, 8 nəfərin cəsədi tapılıb və itkin düşmüş 20 nəfərin axtarışı başlanıb. Həmçinin batmış gəminin qalıqlarının Girne sahillərində dənizin 550 metr dərinliyində olduğu bildirilmişdi. Qeyd edək ki, gəminin göyərtəsində Valeh Hümmətov və Rəşad İbrahimov adlı Azərbaycan vətəndaşları da olublar və onlar xilas edilib. Həmçinin gəminin ekipaj üzvləri də olan Valeh Hümmətov və Rəşad İbrahimov daha sonra gəminin kapitanı və digər ekipaj üzvləri ilə birlikdə hadisənin istintaqı çərçivəsində saxlanılaraq məhkəməyə çıxarılıblar. Hadisə ilə bağlı istintaq davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər