Digər
İrana yeni zərbə dalğası başa çatdı – CENTCOM
İranın hərbi obyektlərinə qarşı həyata keçirilən yeni zərbələr seriyası başa çatıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“ABŞ qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hədəflərə zərbələr endirib. Hədəflər arasında hava hücumundan müdafiə sistemləri, radar qurğuları, dəniz vasitələri və obyektləri, minalama imkanları və rabitə mərkəzləri olub.
Zərbələr İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə və bölgədə yerləşən ABŞ hərbçilərinə qarşı hücum cəhdlərinə cavab olaraq həyata keçirilib”, - məlumatda bildirilib.
Mənbə
axar.az