Digər
Xaçatryanı məhkəməyə xərəkdə gətirdilər - Video
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qagik Xaçatryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Axar.az xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.
Məlumata görə, Xaçatryan sentyabrın 1-də xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması işi üzrə keçirilən axtarışlardan sonra saxlanılıb.
Bildirilib ki, 71 yaşlı keçmiş məmur məhkəməyə xərəkdə gətirilib. Onun vəkilləri Xaçatryanın lazımi tibbi yardım almadığını iddia ediblər.
Mənbə
axar.az