Dünya
Ordumuzun darmadağın etdiyi "keçilməz sədd"in qurucusu Seyran Ohanyana qarşı iş qaldırıldı
Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəhbəri Seyran Ohanyan vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Bu barədə Oxu.Az "Sputnik Ermənistan" "Telegram" kanalına istinadən xəbər verir. İstintaqın iddiasına görə, Seyran Ohanyan mərkəzi mənzil komissiyası üzvlərinin köməyi ilə mənzillərin paylanması prosesi zamanı səlahiyyətlərini aşıb. Beləliklə də, Ermənistan İstintaq Komitəsinin bəyanatına görə, həqiqətən də, daha yaxşı mənzil şəraitinə ehtiyacı olan və illərdir qeydiyyatda dayanan hərbi qulluqçuların hüquqları pozulub. Seyran Ohanyan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərinin aşılması maddəsi ilə cinayət təqibi başlanıb. İş materialları təsdiq və məhkəməyə yönləndirilməsi üçün prokurora göndərilib.
Mənbə
oxu.az