Cəmiyyət

Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

02 Sep 2026, 12:46 4 baxış
Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

Azərbaycan Respublikasında səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə qabaqcıl standartların tətbiqi, tibb işçilərinin sosial rifahının gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyıb.


Axar.az xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib.


"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib", - Bayramov bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər