Cəmiyyət
“Gənclik”də nə tikildiyini AYNA da bilmir - Foto
“Gənclik” metrosunun qarşısında avtobus dayanacağı sökülüb, önündə, yol hissəsində isə tikinti aparılır.
Axar.az xəbər verir ki, “Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxışında, yolda tikinti işləri aparılır. Ərazidə nə tikildiyi isə hələlik məlum deyil.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanlanan sorğuya aprel ayında yayılan şablon cavab göndərilib. Bildirilib ki, ərazidə parkların birləşdirilməsi və ərazilərin abadlaşdırılması işləri aparılır.
Mənbə
axar.az