Digər
Bu ölkə İranla diplomatik əlaqələrini kəsdi
Peru İranın siyasətini pisləyib və bu ölkə ilə diplomatik əlaqələri kəsib.
Axar.az xəbər verir ki, bu barədə Peru Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Peru hökuməti sülhə sadiqliyinə, beynəlxalq hüquqa hörmətinə və demokratiyanın müdafiəsinə əsaslanaraq İranla diplomatik münasibətləri kəsmək qərarına gəlib. İranın Hörmüz boğazına qoyduğu sərt məhdudiyyətlərdən dərin narahatlıq keçiririk və bunun beynəlxalq ticarəti pozduğuna inanırıq”, - məlumatda deyilib.
Mənbə
axar.az