Digər

Güneydə də zəlzələ oldu

02 Sep 2026, 11:30 3 baxış
Güneydə də zəlzələ oldu

Bu gün səhər saatlarında Ərdəbil əyalətinin şimal bölgələrində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib.


Axar.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat verib.


Məlumata görə, zəlzələ saat 03:09-da 10 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanların episentrinin Muğan bölgəsində olduğu bildirilib.


Zəlzələ Ərdəbil əyalətinin şimalı da daxil olmaqla, İranın şimal-qərbindəki bəzi ərazilərdə hiss olunub.


Təbiət hadisəsi nəticəsində mümkün dağıntı və insan itkisi barədə hələlik məlumat verilməyib.


Qeyd edək ki, bu gün Şamaxı ərazisində də zəlzələ olub.

Mənbə axar.az

Oxşar Xəbərlər