Digər
Pezeşkianın təyyarəsi təcili eniş etdi - KİV
11:03
İran Prezidenti Məsud Pezeşkianın təyyarəsi Qırğızıstandan rəsmi səfərdən qayıdarkən Rəşt şəhərinə təcili eniş edib.
Axar.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.
İranın “Mehr” agentliyinin məlumatına görə isə, sentyabrın 1-i axşam saatlarında Tehranın şərq hissəsində hava hücumundan müdafiə sistemləri işə salınıb.
Həmin vaxt da İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçirildiyi Bişkekdən qayıdırmış.
İran mediası yazır ki, HHM sistemlərinin işə düşməsi fonunda Pezeşkianın təyyarəsi başqa istiqamətə yönləndirilib.
Mənbə
axar.az