Siyasət

Ceyhun Bayramov Bişkekdə Arakçı ilə görüşdü

01 Sep 2026, 10:52 52 baxış
Ceyhun Bayramov Bişkekdə Arakçı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Arakçı ilə görüşüb.


Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X sosial media hesabında məlumat yayıb.


Qeyd olunub ki, nazirlər Azərbaycan–İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.


Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Nazirlər müntəzəm yüksək səviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.

Mənbə axar.az

Oxşar Xəbərlər