Siyasət

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

31 Aug 2026, 23:16 37 baxış
Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq.


Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib.


“Yaxın günlərdə öyrənəcəksiniz ki, Azərbaycan şirkətləri Ermənistan şirkətlərindən məhsullar alıblar. Ermənistan Azərbaycana məhsul satacaq. Bu isə artıq ikitərəfli ticarət olacaq”,- Mirzoyan bildirib.


Qeyd edək ki, o, bu sözləri hazırda yalnız İrəvanın Bakıdan məhsul aldığı barədə fikirlərə cavab olaraq söyləyib.

Mənbə axar.az

Oxşar Xəbərlər