İdman

"Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi

31 Aug 2026, 21:35 3 baxış
"Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi

Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.


Axar.az xəbər verir ki, günün ilk matçında son çempion "Sabah" "Araz-Naxçıvan"ın qonağı olub.


Qəbələ şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 1:0.


49-cu dəqiqədə Patrik Orfe Mbina fərqlənib.


Rəqiblərindən bir oyun az keçirən "Sabah" 6 xalla 3-cü pillədə qərarlaşıb. Naxçıvan klubu 1 xalla 11-ci yerdədir.


Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.


Turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz yekunlaşıb..

Mənbə axar.az

Oxşar Xəbərlər