İdman
Mahir Emrelinin klubunda ayrılıq: Baş məşqçi göndərildi
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" klubu baş məşqçisi David Kroçeklə yollarını ayırıb. Oxu.Az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir. Bildirilir ki, 37 yaşlı David Kroçek klubda baş məşqçi vəzifəsinə bu il mayın 4-də başlayıb. Komanda onun rəhbərliyi altında keçirdiyi 14 matçda altı qələbə qazanıb, iki heç-heçə edib və altı dəfə məğlub olub. "Rakuv" UEFA Konfrans Liqasının dördüncü təsnifat mərhələsinə qədər irəliləyib.
Mənbə
oxu.az