Dünya

Azərbaycanlı jurnalistlər İsraildə Holokost muzeyini ziyarət ediblər - FOTO

31 Aug 2026, 21:30 3 baxış
Azərbaycanlı jurnalistlər İsraildə Holokost muzeyini ziyarət ediblər - FOTO
Azərbaycandan olan bir qrup jurnalist Qüdsdəki "Yad Vaşem" Holokost memorial kompleksini ziyarət edib. Oxu.Az "Report"a istinadla xəbər verir ki, ekskursiya çərçivəsində nümayəndə heyəti təxminən 6 milyon yəhudinin həyatına son qoymuş faciə haqqında materiallarla tanış olub. Onları təqiblərə məruz qalmış, konsentrasiya düşərgələrinə və gettolara deportasiya edilmiş yəhudi əhalisinin tarixi artefaktları, arxiv materialları və məişət əşyaları ilə tanış ediblər. Jurnalistlərə həmçinin nasist Almaniyası, onun müttəfiqləri və əlaltıları tərəfindən yəhudilərin təqib edilməsi və kütləvi qətlə yetirilməsi haqqında materiallar təqdim edilib. Onlara Sovet İttifaqı dövründə təqiblərdən xilas olaraq Azərbaycan ərazisində sığınacaq tapan yəhudilər barədə də məlumat verilib. Holokost - 1933-1945-ci illərdə nasist Almaniyası və onun müttəfiqləri tərəfindən Avropa yəhudilərinin təqib edilməsi və kütləvi şəkildə qətlə yetirilməsidir. Kütləvi güllələnmələr, qazla zəhərlənmə, aclıq, xəstəliklər və digər zorakılıq formaları nəticəsində təxminən 6 milyon yəhudi həlak olub.
{{gallery}}
Azərbaycanlı jurnalistlər İsraildə Holokost muzeyini ziyarət ediblər - FOTO Azərbaycanlı jurnalistlər İsraildə Holokost muzeyini ziyarət ediblər - FOTO Azərbaycanlı jurnalistlər İsraildə Holokost muzeyini ziyarət ediblər - FOTO Azərbaycanlı jurnalistlər İsraildə Holokost muzeyini ziyarət ediblər - FOTO Azərbaycanlı jurnalistlər İsraildə Holokost muzeyini ziyarət ediblər - FOTO Azərbaycanlı jurnalistlər İsraildə Holokost muzeyini ziyarət ediblər - FOTO Azərbaycanlı jurnalistlər İsraildə Holokost muzeyini ziyarət ediblər - FOTO Azərbaycanlı jurnalistlər İsraildə Holokost muzeyini ziyarət ediblər - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər