İdman

Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi - VİDEO

31 Aug 2026, 20:06 3 baxış
Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi - VİDEO
Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib. Oxu.Az xəbər verir ki, günün ilk matçında son çempion "Sabah" "Araz-Naxçıvan"ın qonağı olub. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb - 0:1.

Matçda yeganə qolu 49-cu dəqiqədə Patrik Orfe Mbina vurub. Rəqiblərindən bir oyun az keçirən "Sabah" 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" isə 1 xalla 11-ci yerdədir. Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz başa çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər