Dünya

İspaniyada bu yay istilərdən 5 mindən çox insan həyatını itirib

31 Aug 2026, 15:24 4 baxış
İspaniyada bu yay istilərdən 5 mindən çox insan həyatını itirib
İspaniyada yay aylarında ekstremal isti hava şəraiti ilə əlaqədar ölüm halları tarixi maksimuma çataraq 5 232 nəfər təşkil edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, gündəlik ölüm hallarının monitorinqi sisteminin məlumatlarına əsasən, təkcə cari ilin avqust ayında yüksək temperaturlar səbəbindən 2 147 nəfər dünyasını dəyişib. Mövcud rəqəmlər artıq ötən illərin maksimum göstəricilərini - 4 789 ölüm halının qeydə alındığı 2022-ci və 3 035 hadisənin baş verdiyi 2023-cü illəri geridə qoyub. Bu yay istilərin fəsadlarından həyatını itirənlərin mütləq əksəriyyətini 65 yaşdan yuxarı şəxslər təşkil edir, bu yaş qrupunun payına 5 048 ölüm hadisəsi düşür. 85 yaşdan yuxarı olan ispanlar isə ən çox risk altında qrup olaraq qalır. Bundan əvvəl ispan meteoroloqları krallıqda 2026-cı ilin birinci yarısının son 65 ilin ən isti dövrü olduğunu bildirmişdilər. 1961-ci ildən bəri aparılan müşahidələr tarixinə görə, 2026-cı ilin iyun ayı tarixin ən isti ikinci iyun, iyul ayı isə ən isti və quraq iyul olaraq qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər