Digər

"Chery" Azərbaycanda yeni satış mərkəzini açdı - iki yeni model təqdim olundu

31 Aug 2026, 15:42 5 baxış
"Chery" Azərbaycanda yeni satış mərkəzini açdı - iki yeni model təqdim olundu
"Chery" brendinin Azərbaycanda yeni satış mərkəzinin açılışını həyata keçirib. Babək prospekti, 61C ünvanında yerləşən yeni "Chery" Bakı Mərkəzinin açılışı çərçivəsində Azərbaycan bazarı üçün iki yeni model - flaqman SUV "Chery Tiggo 9" və markanın ölkəmizdə təqdim etdiyi ilk pikap "Chery Himava" nümayiş etdirilib. Yeni satış mərkəzinin açılması "Chery"nin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, müştərilərə daha yüksək səviyyədə xidmət göstərilməsi və markanın yerli bazardakı mövqeyinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Açılış tədbirində media nümayəndələri, avtomobil sahəsinin təmsilçiləri, bloqerlər, tərəfdaşlar və qonaqlar iştirak ediblər. Tədbir zamanı yeni satış mərkəzi təqdim olunub, qonaqlar "Chery"nin mövcud model sırası və iki yeni modeli ilə yaxından tanış olmaq imkanı əldə ediblər. İki yeni model - "Tiggo 9" və "Himava" Tədbirin əsas premyeralarından biri "Chery" model sırasının flaqman SUV-u "Tiggo 9" olub. 7 yerlik model 2.0 litrlik turbomühərrik, 254 at qüvvəsi və 8 pilləli avtomatik transmissiya ilə təchiz edilir. "Tiggo 9" geniş salonu, müasir təhlükəsizlik sistemləri və yüksək komfort səviyyəsi ilə markanın SUV ailəsində yeni pilləni təmsil edir. Modelin satış qiyməti 49 900 manatdır. Digər mühüm yenilik isə "Chery Himava" olub. "Himava" "Chery"nin Azərbaycanda rəsmi şəkildə təqdim etdiyi ilk pikap modelidir. 1 500 kq yükgötürmə qabiliyyəti, 2.3 litrlik dizel turbomühərrik və tam ötürücü sistemlə təchiz olunan model həm gündəlik istifadə, həm də kommersiya və çətin yol şəraiti üçün nəzərdə tutulub. "Himava"nın satış qiyməti 45 900 manat təşkil edir. Hər iki yeni model Azərbaycanda 6 il və ya 200 000 km rəsmi zəmanətlə təqdim olunur. "Chery"nin Azərbaycanda inkişafında yeni mərhələ Yeni satış mərkəzinin istifadəyə verilməsi ilə "Chery" Azərbaycandakı fəaliyyətinin növbəti inkişaf mərhələsinə qədəm qoyur. Daha müasir və geniş məkanda yaradılan yeni mərkəz müştərilərin "Chery" model sırası ilə yaxından tanış olması, avtomobil seçimi və satış prosesində yüksəksəviyyəli xidmət əldə etməsi üçün nəzərdə tutulub. "Chery" Azərbaycanda model çeşidinin genişləndirilməsi, satış və xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də müştərilərə daha müasir avtomobil təcrübəsinin təqdim olunması istiqamətində fəaliyyətini davam etdirəcək. "Chery" Bakı Mərkəzi. Ünvan: Bakı şəhəri, Babək prospekti, 61C. Əlaqə: *2299
{{gallery}}
"Chery" Azərbaycanda yeni satış mərkəzini açdı - iki yeni model təqdim olundu "Chery" Azərbaycanda yeni satış mərkəzini açdı - iki yeni model təqdim olundu "Chery" Azərbaycanda yeni satış mərkəzini açdı - iki yeni model təqdim olundu "Chery" Azərbaycanda yeni satış mərkəzini açdı - iki yeni model təqdim olundu "Chery" Azərbaycanda yeni satış mərkəzini açdı - iki yeni model təqdim olundu "Chery" Azərbaycanda yeni satış mərkəzini açdı - iki yeni model təqdim olundu "Chery" Azərbaycanda yeni satış mərkəzini açdı - iki yeni model təqdim olundu "Chery" Azərbaycanda yeni satış mərkəzini açdı - iki yeni model təqdim olundu "Chery" Azərbaycanda yeni satış mərkəzini açdı - iki yeni model təqdim olundu "Chery" Azərbaycanda yeni satış mərkəzini açdı - iki yeni model təqdim olundu "Chery" Azərbaycanda yeni satış mərkəzini açdı - iki yeni model təqdim olundu "Chery" Azərbaycanda yeni satış mərkəzini açdı - iki yeni model təqdim olundu
Mənbə oxu.az

Oxşar Xəbərlər