Digər

İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur

31 Aug 2026, 15:03 2 baxış
İsrail Türkiyə sərhədində “Axilles Qalxanı” qurur

İsrail və Yunanıstan təxminən 3 milyard avro dəyərində genişmiqyaslı müdafiə müqaviləsi imzalayıblar.


Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.


Sazişə əsasən, İsrail tərəfi Afinanın ehtiyacları üçün qabaqcıl, çoxsəviyyəli hava hücumundan və raketlərdən müdafiə sistemi quracaq.


Nazirlikdən bildirilib ki, sistem İsrailin müdafiə strukturlarının müharibə zamanı topladığı geniş döyüş təcrübəsinə əsaslanacaq.


Məlumata görə, proqram Yunanıstanda "Axilles Qalxanı" kimi tanınır.

Mənbə axar.az

Oxşar Xəbərlər