Cəmiyyət

Maşını yol kənarındakı ağaclara çırpdı: ölən var - Foto

31 Aug 2026, 15:16 3 baxış
Maşını yol kənarındakı ağaclara çırpdı: ölən var - Foto

Füzulidə baş verən qəza zamanı sürücü ölüb.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, qəza rayonun Molla Məhərrəmli kəndi ərazidə baş verib.


Füzuli rayon Babı kənd sakini 1999-cu il təvəllüdlü Sahil Xəlil oğlu Quliyev idarə etdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaclara çırpılıb.


Nəticədə sürücü S.Quliyev həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər