Dünya
İsveçdə demoqrafik böhran: Əhalinin sayı kəskin azala bilər
Aşağı miqrasiya göstəriciləri, doğum səviyyəsinin düşməsi və cəmiyyətin yaşlanması 2100-cü ilə qədər İsveç əhalisinin 4 milyon nəfər azalmasına səbəb ola bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Sveriges Radio" Lund Universitetinin dosenti Osa Hanssonun rəhbərlik etdiyi ekspert qrupunun hökumətin sifarişi ilə hazırladığı hesabata istinadən məlumat yayıb. "Əhalinin azalmasının təsirini kontekstdən kənarda nəzərdən keçirsək, bunun İsveç iqtisadiyyatı üçün çox ciddi nəticələri olacaq. Biz daha çox resursu yönləndirməyə və İsveçdə gənclərin həyat şəraitinin asanlaşdırılmasına cəmləməyə çalışmalıyıq", - deyə isveçli alim bildirib. İqtisadçısı Sven-Ulof Donfeldt hesab edir ki, ölkənin daha böyük həcmdə əmək miqrasiyasına ehtiyacı var: "Bu gün bizdə kadr çatışmazlığı müşahidə olunan və həyat təminatı ilə bağlı qarşıda duran vəzifələrin həlli üçün əmək miqrasiyası tələb edən bir çox ixtisaslar mövcuddur". Qeyd edək ki, hazırda ölkə əhalisinin sayı 10.6 milyon nəfərdir.
Mənbə
oxu.az