Dünya
Sadır Japarov ABŞ-nin xüsusi elçisi Sercio Qoru qəbul edib - FOTO
Qırğızıstan Prezidenti Sadır Japarov bu gün, avqustun 31-də ABŞ-nin Cənubi və Orta Asiya məsələləri üzrə xüsusi elçisi və ABŞ-nin Hindistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sercio Qoru qəbul edib. Səfir 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak etmək üçün Qırğızıstana səfər edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Qırğızıstan liderinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, görüş zamanı Qırğızıstan-ABŞ münasibətlərinin daha da inkişaf etdirilməsi, siyasi dialoqun möhkəmləndirilməsi və ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. "Mərkəzi Asiya + ABŞ" formatında qarşılıqlı əlaqələrə xüsusi diqqət yetirilib. Bu baxımdan, tərəflər 2027-ci ildə bu formatda dövlət başçılarının ikinci sammitinin keçirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Mənbə
oxu.az