Cəmiyyət
Palıd ağacını budayarkən yıxılıb öldü
Masallı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Axar.az xəbər verir ki, rayonun Məmmədrzaküçə kəndinin sakini, 1970-ci il təvəllüdlü Əşrəf Xeyrulla oğlu Əşrəfov yaşadığı evin həyətində palıd ağacını budayarkən yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırmalar aparılır.
Mənbə
axar.az