Dünya
Ukraynanın Çerniqov vilayətində hava həyəcanı: Enerji obyekti vurulub
Ukraynanın şimalında yerləşən Çerniqov vilayətinin enerji infrastrukturu hücuma məruz qalaraq zərər görüb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı region administrasiyasının rəhbəri Vyaçeslav Çaus "Telegram" kanalında açıqlayıb. Onun sözlərinə görə, Rusiya qüvvələri İçnya icmasındakı özəl müəssisənin ərazisinə reaktiv dronlardan zərbə endirib, yardımçı binaları yandırıblar. Həmçinin Nijni rayonundakı enerji obyektinə də kütləvi dron hücumu həyata keçirilib. Hazırda Çerniqov vilayəti ərazisində hava həyəcanı elan edilib.
Mənbə
oxu.az