Dünya

Donald Trampdan qeyri-adi paylaşım: Xark adası "bombalandı" - VİDEO

31 Aug 2026, 09:08 3 baxış
Donald Trampdan qeyri-adi paylaşım: Xark adası "bombalandı" - VİDEO
ABŞ Prezidenti Donald Tramp süni intellekt (Sİ) tərəfindən yaradılan və İranın Xark adasına zərbələr endirildiyini əks etdirən videolar paylaşıb. Oxu.Az xəbər verir ki, görüntülər Ağ Ev liderinin "Truth Social" platformasında təqdim edilib.

"Xark adası darmadağın edilir!!!" - deyə ABŞ lideri yazıb. Onun yayımladığı qısa videolardan birində sahilboyu binalara raket zərbələri endirilir, ikincisində isə həmin tikililərin partlayıb yandığı görünür. Tramp bu kadrları nə üçün paylaşdığını açıqlamayıb. Avqustun 30-da ABŞ hərbçiləri həmin adaya zərbələr barədə heç bir məlumat verməyiblər. Qeyd edək ki, Fars körfəzində yerləşən Xark adası İranın ən böyük neft ixracı terminalı hesab olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər