Cəmiyyət

Ödənişli yolda BMV-X6 qəzaya uğradı: 1 ölü, 5 yaralı

31 Aug 2026, 11:42 4 baxış
Ödənişli yolda BMV-X6 qəzaya uğradı: 1 ölü, 5 yaralı

Xaçmaz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.


Axar.az Report-a istinadla xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


BMV-X6 markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq Çinar ağacına çırpılıb.


Qəza nəticəsində avtomobildə olan altı nəfərdən biri - 2002-ci il təvəllüdlü Eltun Elşən oğlu Əskərov ölüb, beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər