Cəmiyyət

AMB vəzifəli şəxsləri cərimələdi

31 Aug 2026, 11:55 4 baxış
AMB vəzifəli şəxsləri cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Embafinans" QSC və "Caspian İnvest" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimələyib.


Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.


Məlumata görə, kredit təşkilatlarında aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb.


Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinə əsasən "Embafinans" və onun vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 20 min manat və 4 min manat, İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən "Caspian İnvest"in vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimə edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər