Dünya

Qırğızıstan və Çin arasında əbədi dostluq haqqında müqavilə imzalandı - VİDEO

31 Aug 2026, 10:48 3 baxış
Qırğızıstan və Çin arasında əbədi dostluq haqqında müqavilə imzalandı - VİDEO
Çin Xalq Respublikasının Sədri Si Cinpinin Bişkekə həyata keçirdiyi dövlət səfəri çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarovla birlikdə əbədi mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, bundan əlavə, dövlət başçıları yeni dövrdə hərtərəfli strateji tərəfdaşlığın yüksək keyfiyyətli inkişafına dair iki ölkənin birgə bəyannaməsinə imza atıblar. Ümumilikdə, danışıqların yekunlarına əsasən, liderlər 32 ikitərəfli sənəd təsdiqləyiblər. Bu sənədlər sırasına 2027-2030-cu illər üzrə kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün fəaliyyət planı və transsərhəd banklararası ödəniş sistemi iştirakçılarına xidmət göstərilməsi haqqında saziş də daxil edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər