Kriminal

Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI

31 Aug 2026, 11:02 4 baxış
Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
Bakı-Quba yolunda baş verən ağır qəzada ölən və yaralıların adları məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 31-də gecə saat 1 radələrində Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 163-cü kilometrliyində - Xaçmaz rayonunun Qımılqışlaq kəndi ərazisində baş verib. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Seymur Fərhad oğlu Bakıxanov "BMW X6"markalı 10-ZY-909 dövlət nömrə nişanlı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Hadisə nəticəsində sürücü və sərnişinlər - 2002-ci il təvəllüdlü Elton Elşən oğlu Əsgərov, 1983-cü il təvəllüdlü Rauf Teyyub oğlu Bəxtiyarov və 2006-cı il təvəllüdlü Zakir Rasim oğlu Məmmədov xəstəxanaya yerləşdirliblər. E.Əsgərov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Hazırda digər xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir. Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun Xaçmaz rayonundan keçən hissəsində baş verib. Ödənişli yolda sürücü "BMW X6" markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Eltun Əskərov ölüb, avtomobildə olan beş nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər