Cəmiyyət

Azərbaycanda həftəlik və aylıq qatar biletləri yaradılacaq - Qanun nə deyir? - VİDEO

31 Aug 2026, 05:00 5 baxış
Azərbaycanda həftəlik və aylıq qatar biletləri yaradılacaq - Qanun nə deyir? - VİDEO
İctimai nəqliyyatda gündəlik və həftəlik biletlər sərnişinə müəyyən zaman kəsiyində limitsiz və ya güzəştli səyahət imkanı verən xüsusi tarif paketləridir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu Azərbaycanda tətbiqi nəzərdə tutulan həftəlik və aylıq qatar biletləri ilə bağlıdır. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" təsdiq edib. Sənədə əsasən, regionlardakı əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının artırılması və turistlər üçün informasiya xidmətlərinin genişləndirilməsi nəzərdə tutulur.

Həmçinin qatar biletlərinin Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası, turistlər üçün gündəlik, həftəlik və aylıq bilet paketlərinin, eləcə də ayrı-ayrı turizm istiqamətləri üzrə güzəştli biletlərin yaradılması planlaşdırılır. Məqsəd regionlara turist axınını artırmaq və turistlərin səfərlərini daha rahat planlaşdırmasına imkan yaratmaqdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər