Dünya

Rusiyalı turist Misirdə naməlum xəstəliyə tutuldu: Bir ilə yaxındır ölkədən çıxa bilmir

31 Aug 2026, 03:31 4 baxış
Rusiyalı turist Misirdə naməlum xəstəliyə tutuldu: Bir ilə yaxındır ölkədən çıxa bilmir
Rusiyalı turist Misirə səfəri zamanı naməlum xəstəliyə tutulub. Xəstəliyin əsas əlamətlərindən birinin tərləmənin dayanması olduğu bildirilir. Oxu.Az bu barədə "SHOT" "Telegram" kanalına istinadən xəbər verir. 30 yaşlı İT mütəxəssisi Mixail həyat yoldaşı və uşaqları ilə birlikdə Hurqadaya istirahətə gedib. Lakin ailə artıq bir ilə yaxındır ki, Moskvaya qayıda bilmir. Rusiyalının sözlərinə görə, xəstəliyin ilk əlaməti tərləmənin tamamilə dayanması olub. Misirin isti iqlimində bu vəziyyət onun hər gün huşunu itirmə həddinə çatmasına, nəbzinin isə dəqiqədə 200 döyüntüyə qədər yüksəlməsinə səbəb olub. Daha sonra kişidə bağırsaq infeksiyası və susuzlaşma da yaranıb. Ailə Qahirədə aparılan müayinələrə bütün 8 min dollar məbləğində yığımlarını xərcləyib. Lakin həkimlər indiyədək xəstəliyin dəqiq səbəbini müəyyən edə bilməyiblər. Mixail məcburən üzərinə su tökür, çölə çıxmır və səhhətinin pisləşməsi səbəbindən işləyə bilmir. Ailənin Misirdə qalmaq üçün vizasının müddəti də təxminən bir il əvvəl başa çatıb. İndi onlar Rusiyaya qayıdaraq müalicəni davam etdirmək üçün viza rejimini pozduqlarına görə cərimə ödəməli olacaqlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər