Digər

PUA insidenti: Almaniya cavab tədbirləri hazırladı

30 Aug 2026, 23:45 5 baxış
PUA insidenti: Almaniya cavab tədbirləri hazırladı

Almaniya hökuməti Leypsiq/Halle hava limanında aşkar edilmiş pilotsuz uçuş aparatı ilə bağlı insidentin istintaqını yekunlaşdırır və yaxın günlərdə cavab tədbirləri barədə elan edəcək.


Axar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz ARD telekanalına müsahibəsində bildirib.


"Biz artıq istintaqı yekunlaşdırırıq. Almaniya hökumətində məhz necə cavab verəcəyimizlə bağlı geniş razılıq əldə olunub. Yaxın günlərdə biz bu barədə tamamilə aydın şəkildə bəyan edəcəyik", - Merts insident və Rusiyanın bu işdə ehtimal edilən iştirakı ilə bağlı sualı cavablandırarkən bildirib.


Kansler qeyd edib ki, Almaniyanın cavab tədbirləri Avropa Birliyi (AB) və NATO ilə razılaşdırılacaq.


Qeyd edək ki, avqustun əvvəlində Leypsiq-Halle hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında partlayıcı maddə ilə təchiz edilmiş dron aşkarlanmışdı. Almaniyanın Federal Baş Prokurorluğu hadisə ilə bağlı istintaqı öz üzərinə götürərək, milli təhlükəsizliyə təhdid yarada biləcək ciddi hücum şübhəsi ilə təhqiqat aparır.

Mənbə axar.az

Oxşar Xəbərlər