Dünya
Hörmüzdə gərginlik davam edir: İran 30 gəminin keçidinə icazə vermədi
İran Silahlı Qüvvələri avqustun 22-dən etibarən müəyyən edilmiş qaydalara əməl etməyən 30 gəminin Hörmüz boğazından keçməsinin qarşısını alıb. Oxu.Az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, strateji əhəmiyyət daşıyan boğazdan dəniz nəqliyyatı yalnız İran İslam Respublikası tərəfindən təsdiqlənmiş xüsusi dəhlizlərlə həyata keçirilə bilər. Bunun üçün əvvəlcədən icazə alınmalı və tranzit rüsumu ödənilməlidir. Qeyd olunub ki, 2026-cı ilin yanvarında müharibə başlamazdan əvvəl Hörmüz boğazından 1 500-dən çox neft tankeri və 1 700 kommersiya yük gəmisi keçirdi. Dəniz nəqliyyatının bu dərəcədə azalması hərbi tədbirlərin davam etdiyi bir vaxtda qlobal təchizat zəncirlərində və enerji təhlükəsizliyində yaranan problemləri göstərir.
Mənbə
oxu.az