İdman

"Zirə" evdə "Neftçi"yə şans vermədi - VİDEO

30 Aug 2026, 22:24 4 baxış
"Zirə" evdə "Neftçi"yə şans vermədi - VİDEO
Misli Premyer Liqasının III turunda "Zirə" evdə "Neftçi"ni məğlub edib. Oxu.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş Rəşad Sadıqovun baş məşqçi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 45+3-cü dəqiqədə komandanın kapitanı Qismət Alıyev "Neftçi"nin qapısından keçirib. Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb. Tura avqustun 31-də yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər