Dünya
Şimali Kipr sahillərində sərnişin gəmisi batdı: Göyərtədə 260 nəfər olub - VİDEO
Şimali Kipr sahillərindən dörd mil aralıda göyərtəsində 260 sərnişinin olduğu sərnişin gəmisi batıb. Oxu.Az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, gəmi naməlum səbəbdən çevrilib.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır. Hazırda mümkün tələfat barədə məlumat yoxdur. Şimali Kipr Türk Respublikasının (ŞKTR) hakimiyyət orqanlarının məlumatına görə, insident yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 13:00-da - red.) baş verib. Katamaran tipli gəmi Girne limanından Taşucu şəhərinə doğru hərəkət edirmiş.

Mənbə
oxu.az