İdman

"Atletiko" Sevilyada üç qolla qalib gəldi, birinci pilləyə yüksəldi - VİDEO

30 Aug 2026, 02:10 5 baxış
"Atletiko" Sevilyada üç qolla qalib gəldi, birinci pilləyə yüksəldi - VİDEO
İspaniya La Liqasının 2026/2027-ci illər mövsümünün 3-cü turunda "Sevilya" və Madrid "Atletiko"su qarşılaşıblar. Oxu.Az xəbər verir ki, Sevilyadakı "Ramon Sançes Pisxuan" stadionunda keçirilən görüş qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb. Matçın 4-cü dəqiqəsində "Atletiko"nun vingeri Aleks Baena hesabı açıb. 26-cı dəqiqədə nigeriyalı Ademola Lukman madridlilərin üstünlüyünü artırıb. Baena 33-cü dəqiqədə dublunu rəsmiləşdirib. 66-cı dəqiqədə "Sevilya"nın yarımmüdafiəçisi Migel Syerra fərqi azaldıb.

Qeyd edək ki, Madrid klubunun hücumçusu Xulian Alvares matçın iştirak ərizəsinə daxil edilməyib. "Atletiko" mövsümdə xallarının sayını yeddiyə çatdıraraq İspaniya çempionatının turnir cədvəlində birinci pilləyə yüksəlib. "Sevilya" isə altı xalla beşinci sıradadır.
Mənbə oxu.az

Oxşar Xəbərlər