İdman

Ömər Rəcəbli Lozannada bürünc medal qazanıb

29 Aug 2026, 22:12 3 baxış
Ömər Rəcəbli Lozannada bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Ömər Rəcəbli İsveçrənin Lozanna şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, idmançı üçüncü yer uğrunda görüşdə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Georgi Elbakiyevlə üz-üzə gəlib. Rəqibini məğlub edən Ö.Rəcəbli bürünc mükafata sahib çıxıb. Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Vüsal Qələndərzadə (81 kq) medal qazana bilməyiblər. Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan 9 çəki dərəcəsində 14 cüdoçu (10 kişi, 4 qadın) ilə təmsil olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər