İdman

"İmişli" "Şəfa"ya minimal hesabla qalib gəlib

29 Aug 2026, 22:30 4 baxış
"İmişli" "Şəfa"ya minimal hesabla qalib gəlib
Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib. Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Şəfa" "İmişli"ni qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin səfər qələbəsi ilə yekunlaşıb - 0:1. 55-ci dəqiqədə Seyxan Fərəcov fərqlənib. Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "İmişli" dördüncü pilləyə yüksəlib. "Şəfa" 3 xalla 7-ci sıradadır. Günün ilk görüşündə "Qəbələ" evdə "Şamaxı" ilə heç-heçə edib - 0:0. Xatırladaq ki, turun digər matçları 30-31 avqustda keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər