Cəmiyyət

Bakıda 363 minə ev aldı, mənzilə həbs qoyuldu - Video

29 Aug 2026, 23:38 4 baxış
Bakıda 363 minə ev aldı, mənzilə həbs qoyuldu - Video

363 min manat ödəyib çıxarışıla aldığı mənzil indi sahibinə ciddi problem yaşadır.


Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, Şahsuvar Əhədov deyir ki, 2024-cü ildə Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən çoxmərtəbəli binadakı mənzili Gündüz Gözəlovdan alıb.


Alqı-satqı rəsmi qaydada həyata keçirilib, pul ödənilib və mənzil vətəndaşın adına rəsmiləşdirilib. Şahsuvar Əhədov deyir ki, mənzili alarkən üzərində hər hansı borc, ipoteka və yaxud da girov olmayıb.


Şahsuvar Əhədov mənzilin keçmiş sahibinə müraciət etdikdə isə onun borcunun olduğunu öyrənib və iddiasına görə, Gündüz Gözəlov borcu icra şöbəsinin iştirakı ilə ödədiyini bildirib. Hətta ödənişin tam icra edilməsi ilə bağlı arayış da Şahsuvara təqdim edilib.


Hazırda Şahsuvar Əhədov mənzilinin üzərindəki həbsin götürülməsini və mülkiyyət hüququnun tam təmin olunmasını tələb edir. Məsələ ilə bağlı Xətai Rayon Məhkəməsinin mövqeyini öyrənməyə çalışdıq.


Mənbə axar.az

Oxşar Xəbərlər