Kriminal

Azərbaycanlı sürücülər 15 gündür İranda QALIBLAR: 100 minlərlə manatlıq yük xarab olub - VİDEO

30 Aug 2026, 00:00 4 baxış
Azərbaycanlı sürücülər 15 gündür İranda QALIBLAR: 100 minlərlə manatlıq yük xarab olub - VİDEO
Azərbaycanlı yük maşını sürücüləri 15 gündür ki, İrandadırlar və burada saxlanıldıqları üçün maşınlarındakı yüklərin xarab olduğunu bildirirlər. Oxu.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, sürücülər məhsulu sifariş əsasında İrandan Rusiyaya aparmalı olduqlarını deyirlər. Ancaq uzun müddət gözləmələri həm onların özləri, həm də daşıdıqları yüklər üçün ciddi problemlər yaradıb. Sürücülər deyirlər ki, hər TIR-da təxminən 20 ton ərik var. Əriyin bir kiloqramını 7 manatdan hesabladıqda, bu o deməkdir ki, hər maşında dəyəri 100 min manatdan çox olan məhsul xarab olub. Sürücülər 15 gündür İranda çətin şəraitdə qaldıqlarını bildirirlər.

Sürücülərin sözlərinə görə, Rusiya tərəfi, daha doğrusu, məhsulun gətirilməsini sifariş edən firma yüklərin xarab olduğunu əsas gətirərək onları qəbul edə bilməyəcəyini deyir. İran tərəfi isə xarab olmuş məhsulu boşaltmağa icazə vermir. Hazırda sürücülər İran-Astara gömrük məntəqəsində maşınların içərisində xarab olmuş yüklərlə nə edəcəklərini bilmirlər. Onlar bildirirlər ki, hər keçən gün vəziyyət daha da çətinləşir. Televiziya həmin sürücülərə məhsulun gətirilməsini sifariş edən firmanın rəsmiləri ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmayıb. Əlaqə saxlanılan yerli aidiyyəti qurumlardan isə məsələnin araşdırılacağı bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər