Dünya
İtaliyanı tornado və nəhəng dolu VURDU: 43 yaralı, 10 min avtomobilə ziyan - FOTO - VİDEO
İtaliyanın şimalında əlverişsiz hava şəraiti səbəbindən onlarla insan xəsarət alıb. Güclü külək onlarla binaya və ən azı 10 min avtomobilə ziyan vurub. Oxu.Az yerli KİV-ə istinadən xəbər verir ki, təbii fəlakətin ən güclü mərhələsi avqustun 28-i və 29-da baş verib. Əlverişsiz hava şəraiti şərqdə Piemontdan Lombardiyaya və Venesiyaya qədər olan əraziləri əhatə edib. Po çayı vadisində yerləşən Kremonada da tornado meydana gəlib.
Təbii fəlakət nəticəsində 43 nəfər xəsarət alıb. Onlardan dördü hələ də xəstəxananın reanimasiya şöbəsindədir. Bu şəhərdə qasırğalı külək nəticəsində onlarla evin damı uçub. Katedral də daxil olmaqla, 10 kilsəyə ziyan dəyib. Şəhər meriyasına da zərər dəyib. Toyuq yumurtası böyüklüyündə dolu avtomobillərə ciddi ziyan vurub. Minlərlə ağac kökündən çıxıb.
{{gallery}}

Mənbə
oxu.az