Dünya

Vuçiçdən Mladiçin ölümü ilə bağlı SENSASİON İDDİA

29 Aug 2026, 21:48 4 baxış
Vuçiçdən Mladiçin ölümü ilə bağlı SENSASİON İDDİA
Haaqa məhkəməsi Bosniya serbləri ordusunun keçmiş komandanı, general Ratko Mladiçin Serbiyada ölməsinə qəsdən imkan verməyib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandar Vuçiç bildirib. "Onlar onun özünün istədiyi kimi Serbiyada ölməsini istəmirdilər. Bu, görünməmiş, qeyri-sivil bir addımdır. Bu günlərdə region ölkələrindən, ölkə daxilindən və bütün dünyadan ən güclü təzyiqlə üzləşirəm", - deyə Vuçiç Osçina bələdiyyəsinə səfəri zamanı jurnalistlərə bildirib. Vuçiç həmçinin bildirib ki, Mladiçin ailəsi istəsə, Belqrad onun layiqli dəfnini təşkil edəcək. "Zəmanət verə bilərəm ki, ailəsi onun Serbiyada dəfn olunmasını istəyərsə, biz bunu layiqli şəkildə təşkil etməyə kömək edəcəyik", - deyə o bildirib. Mladiç avqustun 27-də Haaqadakı BMT həbsxanasında vəfat edib. Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasının hakim "Müstəqil Sosial-Demokratlar İttifaqı" partiyasının sədri Milorad Dodik onun həbsdə ölümünü qəsdən törədilmiş qətl adlandırıb. Serbiyanın ədliyyə naziri Nenad Vuyiç isə bildirib ki, Belqrad generalın dövlət təntənəsi ilə dəfnini təşkil edəcək, lakin dəfn yerinə dair qərarı onun ailəsi verəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər