Dünya
"Sabah"ın Çempionlar Liqasındakı rəqibi Bundesliqaya QƏLƏBƏ ilə başladı
"Borussiya Dortmund" Bundesliqanın 2026/27 mövsümünün ilk turunda doğma meydanda "Hamburq"la qarşılaşıb. Oxu.Az xəbər verir ki, ev sahibi komanda 2:0 hesabı ilə qalib gəlib. Artıq 9-cu dəqiqədə Seru Girassi "arılar"ı hesabda önə keçirib. Fasilə ərəfəsində Sebastian Bornaunun avtoqolu Dortmund təmsilçisinin üstünlüyünü artırıb. İkinci hissədə hesab dəyişməyib. Qeyd edək ki, "Borussiya" Samuele İnaçionun qırmızı vərəqə almasından sonra qarşılaşmanı azlıqda başa vurub. Xatırladaq ki, Dortmund təmsilçisi mövsümü Almaniya Superkuboku matçı ilə açıb və "Bayern"ə 1:2 hesabı ilə uduzub. "Hamburq" isə Almaniya Kubokunun 1/32 finalında "Ferli"yə 3:0 hesabı ilə qalib gəlib. Bundesliqanın növbəti turunda "Borussiya Dortmund" sentyabrın 5-də səfərdə "Hoffenhaym"la, "Hamburq" isə sentyabrın 6-da doğma meydanda "Maynts"la qarşılaşacaq. Qeyd edək ki, "Borussiya Dortmund" Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Sabah"ın rəqibidir. Oyun oktyabrın 20-si Bakıda keçiriləcək.
Mənbə
oxu.az