Digər

Talibançılar kömək üçün Almaniyaya getdilər

29 Aug 2026, 20:10 4 baxış
Talibançılar kömək üçün Almaniyaya getdilər

Üç Taliban nümayəndəsi Əfqanıstan vətəndaşlarının ölkələrinə deportasiyasına kömək etmək üçün Almaniyaya səfər edib.


Axar.az xəbər verir ki, bu barədə NDR telekanalı məlumat yayıb.


Bildirilib ki, nümayəndə heyəti Almaniyaya avqustun 26-da gedib. Taliban nümayəndələri Kabildən ayrılmazdan əvvəl Qətərdə dayanıblar. Nümayəndələrə 30 günlük Almaniya vizası verilib və onlar hazırda Berlindəki Əfqanıstan səfirliyində qalırlar.


Məlumata görə, nümayəndə heyətinin gələn həftə Əfqanıstanın baş konsulluqlarının yerləşdiyi Bonn və Münhen şəhərlərinə səfəri planlaşdırılır.


Almaniya Xarici İşlər Nazirliyi telekanala Taliban nümayəndə heyətinin səfərini təsdiqləyib.


Televiziyanın məlumatına görə, səfər Əfqanıstan vətəndaşlarının sonradan ölkələrinə deportasiyası ilə əlaqəlidir.

Mənbə axar.az

Oxşar Xəbərlər